26 
Yan
2023
01:58
107
28
4676
Virtual karabakh

“Barselona” yarımfinalda, “Mançester Yunayted” finalın qapısını araladı - VİDEO

26 Yan, 2023
01:58
4676

“Barselona” yarımfinalda, “Mançester Yunayted” finalın qapısını araladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyada Kral Kubokunun 1/4 final mərhələsinin oyunlarına start verilib.

İlk qarşılaşmada ölkə çempionatının hazırki lideri “Barselona” “Real Sosyedad”ı qəbul edib. Birinci hissənin sonlarına yaxın azlıqda qalan qonaqlar matçın sonunadək ev sahiblərinin təzyiqi qarşısında tab gətirə bilməyiblər. Nəticədə katalon klubu minimal hesablı qələbə ilə yarımfinala çıxmaq hüququ qazanıb - 1:0.

Qeyd edək ki, mərhələnin digər matçında hazırda “Sevilya” “Osasuna” ilə qarşılaşır. Cümə axşamı “Valensiya” doğma meydanda “Atletik”lə, “Real” isə “Atletiko Madrid”lə üz-üzə gələcək.

İngiltərə Liqa Kubokunda artıq ikinci yarımfinal oyunu baş tutub. “Mançester Yunayted” “Nottingem Forest”in qonağı olub. Rəqibinə şans verməyən “qırmızı şeytanlar” ev sahiblərinin qapısından 3 cavabsız top keçirməklə finalın qapısını aralayıb - 0:3. Cavab görüşü fevralın 1-də oynanılacaq.

Xatırladaq ki, turnirin 1/2 final mərhələsinin ilk oyununda “Sauthempton” “Nyukasl Yunayted”ə 0:1 hesabı ilə uduzub. 

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri