26 
Yan
2023
00:51
114
75
2076
Virtual karabakh

Azərbaycan onuncu dəfə bədii gimnastika üzrə Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək

26 Yan, 2023
00:51
2076

Azərbaycan onuncu dəfə bədii gimnastika üzrə Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 21-23-də Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, bu il ölkəmizdə keçiriləcək üçüncü beynəlxalq gimnastika yarışında qeydiyyat siyahısına əsasən, fərdi və qrup hərəkətləri proqramında 44 ölkənin idmançıları çıxış edəcək.

Üç gün ərzində gimnastlar fərdi yarışlarda və çoxnövçülükdə mübarizə aparacaqlar.

Ənənəyə görə, yarışda göstərdikləri performansa görə ən çox xal toplamış gimnast və qrup komandası AGF kuboku ilə təltif olunacaq.

Qeyd edək ki, bu, bədii gimnastika üzrə ölkəmizdə təşkil olunan onuncu Dünya Kuboku yarışı olacaq. Bakı 2005 və 2019-cu illərdə bu idman növü üzrə dünya çempionatına ev sahibliyi edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri