26 
Yan
2023
16:00
180
22
960
Virtual karabakh

Qərbi Azərbaycan İcmasının sədri: “Ermənilər bilmirlər ki, tarixi dəyişmək olmur”

26 Yan, 2023
16:00
960

Qərbi Azərbaycan İcmasının sədri: “Ermənilər bilmirlər ki, tarixi dəyişmək olmur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“200 il ərzində ermənilər bizim tarixi toponimlərimizi dəyişdirməyə cəhd ediblər”.

Oxu.Az xəbər verir ki, bu fikirləri bu gün keçirilən mətbuat konfransında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

O bildirib ki, ermənilər bu günə qədər tarixi adları dəyişdirməklə məşğuldurlar:

“Ermənilər bir yaşayış məntəqəsinin adını bir yox, bir neçə dəfə dəyişdiriblər. Bu proses hələ də davam edir. Lakin onlar bilmirlər ki, tarixi dəyişmək olmur. O dövrə aid olan sənədlər bizim əlimizdədir. Təkcə yaşayış yerlərinin deyil, çay, su hövzələrinin, hətta abidələrin adları dəyişdirilib. Arxiv sənədlərə əsaslanaraq tarixi toponimlərimizi bərpa edəcəyik”.

Qeyd edək ki, Qayıdış Konsepsiyasının hazırlanması məqsədilə silsilə tədbirlər, fərdi və qrup halında mütəxəssislərlə görüşlər keçirilib, müzakirələr zamanı yüzlərlə təklif irəli sürülüb, İcmanın Konsepsiyanın hazırlanması ilə bağlı elan olunmuş elektron poçtuna çoxlu sayda təkliflər daxil olub, bütün təkliflər İşçi Qrupunda sistemləşdirilib, təhlil edilərək ümumiləşdirilib, sonra isə sənədin layihəsi hazırlanıb.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri