26 
Yan
2023
18:20
94
31
1697
Virtual karabakh

Şahin Diniyev: “Sonuncu pillədə olmağımız təzyiq yaradır”

26 Yan, 2023
18:20
1697

Şahin Diniyev: “Sonuncu pillədə olmağımız təzyiq yaradır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Psixoloji planda problemlərimiz var. Komandanın sonuncu pillədə olması təzyiq yaradır”.

“Report” xəbər verir ki, bunu “Səbail” komandasının baş məşqçisi Şahin Diniyev Şamaxıda eyniadlı komandaya 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis bildirib ki, komanda birinci hissədə tam istədiyi matçı sərgiləməyib:

“İlk yarıda hesabda önə keçsək də, fasilədən sonra hər şey dəyişdi. Sol cinah müdafiəçimiz sıradan çıxdı. Turan Manafovun olmaması üzündən rotasiya edə bilmədik. İkinci hissənin startında komanda sanki sıxıldı, özünəinamı itirdi. Oyunçularımız çox çalışsalar da, alınmadı. Ruhdan düşmək olmaz, irəliyə baxmaq lazımdır. Problemləri aradan qaldırıb, yolumuza davam edəcəyik. Ümid edirəm ki, getdikcə daha yaxşı oynayacağıq”.

O, qış transfer pəncərəsində yaxşı futbolçular tapa bilmədiklərini söyləyib:

“Yalnız bir oyunçu ilə kifayətləndik. Daxili bazarda istədiyimiz 2 futbolçu var idi. Sadəcə, klubları buraxmadı. Təklif olunan əcnəbilər isə çox zəif idi. Legioner yerli oyunçudan fərqlənməlidir. Həmin fərqi görmürəmsə, onu komandaya götürməyi lazım görmürəm”.

Diniyevin sözlərinə görə, iki həftəlik təlim-məşq toplanışında etdiklərinin qarşılığını qısa vaxt ərzində almaq mümkün deyil:

“Qığılcımlar var. Oyunumuzu tam təkmilləşdirməliyik. Antalyada gördüyüm futbolu bu gün oynaya bilmədik. Komanda ikinci hissəyə çıxanda sanki yükün altında idi, qorxu hiss olunurdu. Zamana ehtiyac var. Düşünürəm ki, ilk 2-3 turdan sonra hər şey öz axarı ilə gedəcək”.

Baş məşqçi zədəlilərin durumuna da toxunub:

“Ruslan Hacıyev haradasa 1,5 aylığına sıradan çıxıb. Ağabala Ramazanov 10 günə, Turan Manafov isə 2-3 həftəyə qayıda bilər. Həkimlər səylə çalışırlar”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri