26 
Yan
2023
19:52
122
34
2660
Virtual karabakh

“Barselona”dan dünya rekordu - FOTO

26 Yan, 2023
19:52
2660

“Barselona”dan dünya rekordu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Barselona”nın qadınlardan ibarət futbol komandası milli çempionatda ardıcıl ən çox qələbəyə görə dünya rekordunu müəyyənləşdirib.

Kataloniya klubu çərşənbə günü çempionatın 16-cı turunda evdə “Las Planas”ı 7:0 hesabı ilə məğlub edib. Bununla da komanda ardıcıl 50-ci liqa oyununda qalib gəlib.

“Barsa” sonuncu dəfə 2021-ci ilin iyununda “Atletiko Madrid”ə 3:4 hesabı ilə uduzub. Bundan sonra Kataloniya komandası 247 qol vurub və 19-nu buraxıb.

Qeyd edək ki, “Barselona”ın qadın komandası daha bir rekorda sahibdir. Belə ki, keçən mart ayında “Kamp Nou”da qadınlar arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” və “Real Madrid” arasındakı cavab oyununa 91553 nəfər qatılıb. Bununla da, komanda stadiondakı izləyicilərin sayına görə də rekorda imza atıb.

Mənbə: matchtv.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri