27 
Yan
2023
01:05
144
13
2677
Virtual karabakh

Qvardiola: “Barselona” məni çağırsaydı, gedərdim” - FOTO

27 Yan, 2023
01:05
2677

Qvardiola: “Barselona” məni çağırsaydı, gedərdim” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pep Qvardiola Mikel Artetanın “Arsenal”a olan sevgisindən danışıb.

“Onun öz doğma klubuna keçdiyini bilirəm. Xəyal etdiyi komandaya.

O, “Arsenal”ın fanatıdır, orada kapitan olub. O, bu klubu sevir. Yadımdadır, biz  qol vuranda, o, çox sevinib tullanırdı. Yalnız bir komandaya istisna olmaqla. Bu zaman o, sadəcə yerində otururdu. Həmin komanda “Arsenal” idi.

Bunu futbolçularıma və heyətimə dəfələrlə demişəm. Hiss edirdik ki, həmin komanda ona baş məşqçilik təklif etsə, o, gedəcək. Necə ki, mən də köməkçi işləsəydim və “Barselona” məni çağırsaydı, gedərdim. Mən “yanımda qal” deyən adam deyiləm. Hər kəsin xəyalları var. İnsanlar bunun ən yaxşısı olduğunu düşündükləri zaman getməlidirlər.

Futbolçulara gəlincə, komandadan narazıdırlarsa, getməlidirlər. Həyat çox qısadır”, - deyə “Mançester Siti”nin baş məşqçisi bildirib.

Qeyd edək ki, hazırda “Arsenal”a rəhbərlik edən Arteta “Mançester Siti”də (2016-2019) Qvardiolanın köməkçisi kimi çalışıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri