27 
Yan
2023
00:41
143
16
1939
Virtual karabakh

Ukrayna Olimpiya Oyunlarını boykot edə bilər - FOTO

27 Yan, 2023
00:41
1939

Ukrayna Olimpiya Oyunlarını boykot edə bilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri Vadim Qutsayt Olimpiya Oyunlarını boykot edə biləcəklərini açıqlayıb.

Belə ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) rusiyalı və belaruslu idmançıların müəyyən qaydalara riayət etməklə neytral statusda turnirdə çıxış etmə imkanlarının araşdırılacağını bildirib.

Qutsayt sosial şəbəkələrdə buna etiraz edib və Ukraynanın hərbi əməliyyatlar bitənədək məsələyə qarşı çıxacağını vurğulayıb.

“Hazırda sanksiyaların uzadılması, rusiyalı və belaruslu idmançıların beynəlxalq yarışlarda iştirakının qarşısını almaq üçün növbəti mümkün addımlar və prioritet tədbirlər üzərində iş aparılır. Əgər səsimiz eşidilməzsə, boykot edib Olimpiya Oyunlarında iştirakdan imtina edəcəyimizi istisna etmirəm”, - o yazıb.

Qeyd edək ki, növbəti Olimpiada 2024-cü ildə Parisdə keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri