28 
Yan
2023
16:46
174
10
1425
Virtual karabakh

Şahmat yarışında 10 min manatın sahibi bəlli olub

28 Yan, 2023
16:46
1425

Şahmat yarışında 10 min manatın sahibi bəlli olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kişi şahmatçılar arasında Azərbaycan çempionatının qalibi məlum olub.

“Report”un məlumatına görə, ölkə çempionu tay-brekdə müəyyənləşib.

Finalın ilk rapid mübarizəsində ağ fiqurlarla oynayan Vasif Durarbəyli Vüqar Əsədlini məğlub edib. İkinci görüşdə də qələbə qazanan Vasif Durarbəyli Azərbaycan çempionatının qalibi olub.

Bu, Durarbəylinin karyerasında ikinci ölkə çempionluğudur. İlk dəfə 2021-ci ildə şahmatçı Azərbaycan çempionatında birinci yeri tutub.

Üçüncü yer uğrunda görüş Eltac Səfərli və Məhəmməd Muradlı arasında keçirilib. İlk rapid oyunu heç-heçə başa çatıb. İkinci oyunda ağ fiqurlarla mübarizə aparan Səfərli rəqibini məğlub etməklə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 25 min manat təşkil edir. Çempion 10 min manat pul mükafatı qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri