29 
Mar
2015
17:35
24
100
2849
Virtual karabakh

Patrik Hikki: Bakıda keçiriləcək I Avropa Oyunları böyük hadisədir

29 Mar, 2015
17:35
2849

Patrik Hikki: Bakıda keçiriləcək I Avropa Oyunları böyük hadisədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu, ən yüksək nəticələrin əldə edilməsinə...”.

2018-ci ildə Qlazko və Berlində keçiriləcək çempionat Bakıda keçiriləcək Avropa Oyunları üçün təhlükə kəsb etmir.  

Oxu.Az xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki insidethegames.biz portalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, beş idman növünün bir bayraq altında Qlazko və Berlində keçiriləcək yarış dünya arenasında yeni brendin yaradılması televiziya tamaşaçılarının sayının artırılması və sponsorluq üçün imkanların genişləndirilməsi məqsədi daşıyır.

“Bu yeni tədbir, bu ilin iyun ayında Bakıda keçiriləcək Avropa Oyunlarının rəqibi kimi nəzərdən keçirilir. Avropa Olimpiya Komitələrinin prezidenti kimi mən həmişə Avropa idmanını inkişaf etdirmək və Avropa atletlərinin tam potensialını göstərmək üçün təşkil olunan bütün tədbirləri dəstəkləyirəm.

Lakin başqa ildə keçiriləcək və daha az idmançı, daha az atletlə təşkil olunacaq bu tədbir Avropa Oyunlarından tamamilə fərqli təşəbbüsdür”, - o bəyan edib.

P.Hikki bu il Bakıda keçiriləcək I Avropa Oyunlarına qitənin ən yaxşı atletlərin cəlb olunacağını bildirib.

P.Hikki “Bakı 2015” I Avropa Oyunlarını mühüm hadisə adlandırıb.

“Fikrimcə, bu, Avropa Oyunlarını qitə idmanının ən yüksək zirvədə dayanan idman tədbirinə və artıq yeni yaradılmış brendə çevirəcək. Bu, daha yaxşı nəticələr əldə etmək üçün bir başlanğıc olacaq. Bakı 2015 Avropa Oyunları 55 ölkədə yayımlanacaq, 20 idman növü üzrə yarışlar təşkil olunacaq. Biz artıq 2019-cu il Avropa Oyunlarını keçirməklə bağlı 6 ölkədən ciddi istək almışıq və artıq növbəti ev sahibi ölkənin müəyyənləşdirilməsi məsələsi yekunlaşmaq üzrədir”.

Qeyd edək ki, bir neçə gün əvvəl 2018-ci ildə Qlazkoda velosiped, avarçəkmə və triatlon yarışları, Berlində isə yüngül atletikaya aid olan idman növləri üzrə təşkil olunacaq yarışların “Əsl Avropa Oyunları” olması ilə bağlı bəzi KİV-lərdə xəbər yayılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri