29 
Mar
2015
17:49
17
93
3159
Virtual karabakh

Azərbaycan yığmasının futbolçusu ağır xəsarət aldı

29 Mar, 2015
17:49
3159

Azərbaycan yığmasının futbolçusu ağır xəsarət aldı

“Qarabağ”ın oyunçusu altı ay müddətinə meydana çıxmayacaq.

“Qarabağ” komandasının və Azərbaycan yığmasının futbolçusu Namiq Ələsgərov dünən Malta ilə keçirilən matçda aldığı xəsarət üzündən yarım il müddətinə meydana çıxmayacaq.

Oxu.Az xəbər verir ki, bu fakt bu gün keçirilən detallı tədqiqatdan sonra məlum olub. Namiqin ön xaçvari bağları qırılıb və o, təxminən yarım il məşq edə bilməyəcək. Onu əməliyyat və uzunmüddətli bərpa prosesi gözləyir.

19 yaşlı futbolçu maltalı futbolçu ilə mübarizədə xəsarət alıb.

Bu, matçın 22-ci dəqiqəsində baş verib.

Xatırladaq ki, Namiq birinci qolu Malta qapısından keçirən Cavid Hüseynova qol ötürməsini yerinə yetirib.

F.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri