31 
Yan
2023
20:36
80
14
1113
Virtual karabakh

Belçika millisinə Tedesko rəhbərlik edəcək

31 Yan, 2023
20:36
1113

Belçika millisinə Tedesko rəhbərlik edəcək

Domeniko Tedesko Belçika millisinə rəhbərlik etməyə yaxındır.

Dünən Belçika Kral Futbol Assosiasiyasının (RBFA) nümayəndələri məşqçi ilə əməkdaşlığın maliyyə və idman şərtlərini müzakirə etmək üçün Belçikaya uçublar. Bildirilir ki, tərəflər razılığa gəliblər.

Baş məşqçinin Belçika yığması ilə müqaviləsi 2026-cı il dünya çempionatının sonuna kimi hesablanacaq.

Mütəxəssisin təyin edilməsi RBFA İdarə Heyəti tərəfindən təsdiqlənməlidir, lakin bu, formallıqdan başqa bir şey deyil.

Tedesko DÇ-2022-dən kənarlaşdırıldıqdan sonra komandanı tərk edən belçikalı mütəxəssis Roberto Martinesi əvəz edəcək.

Mənbə: sports.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri