31 
Yan
2023
23:10
23
212
3403
Virtual karabakh

“Kəpəz”in bıçaqlanan azarkeşi əməliyyat olunub, şübhəli şəxs saxlanılıb - YENİLƏNİB

31 Yan, 2023
23:10
3403

“Kəpəz”in bıçaqlanan azarkeşi əməliyyat olunub, şübhəli şəxs saxlanılıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasının XX turunda “Səbail”lə oyundan sonra bıçaqlanan Rahib adlı “Kəpəz” azarkeşi 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub.

Gəncə klubundan “Report”a verilən məlumata görə, hazırda onun həyatı üçün təhlükə yoxdur. Hadisəni törətməkdə şübhəli bilinən “Səbail” fanatı isə artıq saxlanılıb.

Xəstəxanada “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri, millət vəkili Müşfiq Cəfərov, idman direktoru Mehman Allahverdiyev, baş məşqçi Tərlan Əhmədov və çoxlu sayda azarkeş zərərçəkmişi tək buraxmayıblar.

21:20

Azərbaycan Premyer Liqasının XX turunda keçirilmiş “Səbail” - “Kəpəz” oyunundan sonra azarkeş bıçaqlanıb.

Klubdan “Report”a verilən məlumata görə, hadisə final fitindən sonra matçın oynanıldığı “ASCO Arena”nın yaxınlığında baş verib.

Əvvəlcə iki komandanın fanatları arasında mübahisə düşüb. Tərəflər məsələyə aydınlıq gətirmək üçün stadiondan kənara çıxıblar. Bu zaman “Səbail”in tərəfdarlarından biri bıçaqla “Kəpəz” fanatına xəsartə yetirib.

Qarın boşluğundan xəsarət alan azarkeş dərhal 1 saylı Kliniki Tibbi Mərkəz çatdırılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, “Səbail” - “Kəpəz” matçı Bakı klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri