31 
Yan
2023
23:51
89
27
1665
Virtual karabakh

“Neftçi”nin yeni transferi: “Oyunumla narazılığa son qoymağa çalışacağam”

31 Yan, 2023
23:51
1665

“Neftçi”nin yeni transferi: “Oyunumla narazılığa son qoymağa çalışacağam”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər futbolçunun özünə uyğun xarakteristikası var. Öz oyunumla burada hücumçularla bağlı narazılığa son qoymağa çalışacağam”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Mateus Saldanya klubun rəsmi televiziyasına açıqlamasında deyib.

Braziliyalı hücumçu “ağ-qaralar”a keçdiyi üçün xoşbəxt olduğunu bildirib:

“Sabahkı oyunu səbirsizliklə gözləyirəm. Komanda yoldaşlarım və infrastrukturla tanış oldum. Bu, məni çox sevindirdi. Ümid edirəm ki, debütüm uğurlu alınacaq”.

Kollektivdə ab-hava olduğunu söyləyən 24 yaşlı forvard yavaş-yavaş komandaya uyğunlaşdığını vurğulayıb:

“Bəzi yoldaşlarımı daha yaxşı tanımağa başlayıram. Şəhəri gəzməyə vaxtım olmayıb. Amma foto və videolardan gördüklərimə əsasən deyə bilərəm ki, Bakı çox möhtəşəm şəhərdir”.

“Sambaçı” “Zirə”yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XX tur matçında öz oyunu ilə azarkeşlərə ümid verməyə çalışacağını əlavə edib:

“Adımı “Neftçi”nin tarixinə yazdırmaq üçün əlimdən gələni edəcəyəm. Əsas məqsədimiz yuxarı pillələrdə qərarlaşmaq və yayda avrokuboklarda uğurlu çıxış etməkdir".

Qeyd edək ki, “Neftçi” Mateus Saldanyanı Yaponiyanın “JEF Yunayted Çiba” klubundan 1 il müddətinə icarəyə götürüb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri