Fev
2023
12:32
54
19
2641
Virtual karabakh

Avropa futbolunun qış transfer dövründə ən səs-küylü keçidləri - SİYAHI

1 Fev, 2023
12:32
2641

Avropa futbolunun qış transfer dövründə ən səs-küylü keçidləri - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qış transfer dövrü Avropa klubları üçün olduqca hərəkətli keçib. Bəzi klubların passivlik nümayiş etdirdiyi transfer dönəmində bir sıra Avropa təmsilçiləri isə xüsusilə aktiv olublar.

Oxu.Az Avropa futbolunda qış transfer pəncərəsində rəsmiləşən səs-küylü keçidləri xronoloji ardıcıllıqla təqdim edir:

Transferin ilk günlərində Kriştianu Ronaldu azad agent kimi Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubuna keçib.

Dünya çempionatında parlaq oyunlar keçirən niderlandlı Kodi Qakpo - PSV-dən 42 milyon avro qarşılığında “Liverpul”a keçib. Bir qədər sonra isə onun həmyerlisi Deyli Blind azad agent kimi “Bayern”ə transfer olunub.

Qış transfer dövrünün rezonans doğuran transferlərinə isə “Çelsi” imza atıb. London klubu əvvəlcə Joau Feliksi Madrid “Atletiko”sundan 11 milyon avro qarşılığında icarəyə götürüb. Daha sonra isə ukraynalı Mixaylo Mudrik “Şaxtyor”dan Çelsiyə 70 milyon avroya keçib.

PSJ-nin ispaniyalı futbolçusu Pablo Sarabiya 5 milyon avroya “Vulverhempton”un düşərgəsinə cəlb olunub. “Barselona”da çıxış edən Memfis Depay 3 milyon avro qarşılığında Madrid “Atletiko”sunun yolunu tutub.

Ronaldu transferindən sonra hücum bölgəsini gücləndirən Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubu Vensan Abubakarla yollarını ayırıb. Futbolçu azad agent kimi “Beşiktaş”ın yolunu tutub.

Transfer pəncərəsinin ən aktiv klubu olan “Çelsi” “Benfika”dan Enzo Fernandesi heyətinə qatıb. Futbolçunun keçidi “zadəganlar”a 121 milyon avroya başa gəlib.

Qış transfer pəncərəsinin son günlərində isə PSJ Keylor Navasla yollarını ayırıb. Qapıçı “Nottinqem Forest” klubuna icarəyə verilib. Eləcə də “Barselona” Hektor Belyerini “Sportinq”ə, “Mançester Siti” isə Joau Kanselunu “Bayern”ə icarəyə göndərib.

Növbəti dəfə transfer məsələsində gündəmə gələn “Çelsi” 11,3 milyon avro qarşılığında Jorjinyonu “Arsenal”a göndərib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri