Fev
2023
09:48
113
20
3179
Virtual karabakh

Konfrans Liqası: “Qarabağ” Şahruddin Məhəmmədəliyevin yerinə başqa qapıçı sifariş verib - FOTO

3 Fev, 2023
09:48
3179

Konfrans Liqası: “Qarabağ” Şahruddin Məhəmmədəliyevin yerinə başqa qapıçı sifariş verib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubu ilə qarşılaşacaq “Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib.

“Report”un əldə etdiyi məlumata görə, zədəli durumda olan qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov heyətə salınmayıblar.

Əvəzində yeni transferlərdən Redon Cica, Adama Diakabi, Yassin Benzia və “Qarabağ-2”nin qapıçısı Ayhan Arazlı sifariş olunub.

Qapıçılar: 23. Luka Qugeşaşvili, 89. Amin Ramazanov; 94. Ayhan Arazlı;

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 87. Adama Diakabi;

Hücumçular: 9. Musa Qurbanlı, 77. Ramil Şeydayev, 99. Redon Cica.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında oyunlar fevralın 16-da Bakıda, 23-də isə Belçikada keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri