Fev
2023
11:48
131
16
2476
Virtual karabakh

“Qarabağ” “Mançester Siti”, “Bavariya”, PSJ, “Ayaks” kimi komandaları geridə qoydu - SİYAHI

3 Fev, 2023
11:48
2476

“Qarabağ” “Mançester Siti”, “Bavariya”, PSJ, “Ayaks” kimi komandaları geridə qoydu - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2022/2023 mövsümündə indiyədək Avropanın ən yaxşı 40 çempionatında çox qol vurmuş komandaların adını açıqlayıb. İlk onluqda Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb. Ağdam şəhərini təmsil edən peşəkar futbol klubu qol sayında “Mançester Siti”, “Bavariya”, PSJ, “Ayaks” kimi nəhəng komandaları geridə qoyub.

Ən çox qol vuran komandalar arasında 54 qolla 5-ci pillədə qərarlaşan klubun qol ortalaması 2,7-yə bərabərdir.

Siyahıya Şotlandiyanın “Seltik” klubu (74) başçılıq edir. Enc Postekoğlunun klubu bu mövsüm Premyer Liqada 24 oyunda 74 qol vurub. Bu, hər matça orta hesabla təxminən 3,08 qol deməkdir.

Tam siyahı isə belədir:

1. “Seltik” - 74 qol, qol ortalaması (3,08)

2. “Genk” - 57 qol (2,48)

3. “Reyncers” - 56 qol (2,33)

4. “Slaviya Praqa” - 56 qol (3,29)

5. “Qarabağ” - 54 qol (2,7)

6. “Mançester Siti” (İngiltərə) - 53 qol (2,65)

7. “Linfild” - 53 qol (2,03)

8. “Bavariya” - 52 qol (2,88)

9. PSJ - 52 qol (2,48)

10. “Ayaks” - 51 qol (2,68)

Mənbə: 67hail hail

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri