Fev
2023
13:56
74
11
1864
Virtual karabakh

“Qarabağ”ın “Gent”lə oyunlar üçün iştirak ərizəsi bilindi

3 Fev, 2023
13:56
1864

“Qarabağ”ın “Gent”lə oyunlar üçün iştirak ərizəsi bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”i ilə oyunlar üçün iştirak ərizəsi müəyyənləşib. 

Sports.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində mövsümün ilk dövrəsi ilə müqayisədə bəzi dəyişikliklər var. 

Komandadan ayrılan əsas heyət üzvləri Kadi Borges və Kvabena Ovusunun əvəzinə 3 yeni transfer sifariş olunub. Zədə səbəbindən uzun müddətə sıradan çıxan Şahruddin Məhəmmədəliyev və Abbas Hüseynov iştirak ərizəsinə salınmayıb. 

Qeyd edək ki, UEFA-nın qaydalarına əsasən, "Qarabağ" "Gent"lə oyunlara qədər A heyəti üçün sifariş etdiyi qapıçılarından birini yenisi ilə əvəzləyə bilər: 

Qapıçılar: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov; 

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina; 

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 87. Adama Diakabi; 

Hücumçular: 77. Ramil Şeydayev, 99. Redon Cica. 

B heyəti: 94. Ayhan Arazlı, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.

UEFA Konfrans Liqası pley-off mərhələsinin "Qarabağ" - "Gent" oyunu fevralın 16-da Bakı vaxtı ilə 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

Cavab qarşılaşması fevralın 23-də Bakı vaxtı ilə saat 00:00-da Gentdəki “Ghelamco Arena”da start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri