Fev
2023
00:46
164
24
1814
Virtual karabakh

Polşa Olimpiadanı boykot edə bilər

4 Fev, 2023
00:46
1814

Polşa Olimpiadanı boykot edə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski RMF radiostansiyasının efirində bəyan edib ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarının yarışlarda iştirakına icazə verərsə, 2024-cü il Olimpiya Oyunları boykot edilməlidir.

“Əgər Rusiya və Belarus idmançıları 2024-cü il Olimpiya Oyunlarına buraxılarsa, biz bu oyunları sadəcə olaraq boykot etməliyik. Belə oyunlarda iştirak etməməliyik. Bu, BOK-a göstərməli olduğumuz təzyiqdir. Bu, mənim fikrimdir, idman birlikləri hökumətdən müstəqil olduqları üçün öz qərarlarını verəcəklər. Ancaq hamını belə bir qərar verməyə çağıracağam”,- XİN rəsmisi deyib.

Qeyd edək ki, yanvarın 25-də BOK Rusiya və Belarus idmançılarının hələ müəyyən edilməmiş bir sıra ciddi şərtlərlə beynəlxalq yarışlara qayıtmasına icazə verib, lakin bu barədə danışmağın hələ tez olduğu bildirilib.

Ukrayna və Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələr rusiyalıların və belarusların turnirlərdə iştirakına qarşı çıxıblar, lakin BOK əksər idman təşkilatlarının, o cümlədən Milli Olimpiya Komitələrinin bütün beş qitə assosiasiyasının onun mövqeyini dəstəklədiyini bildirib.

Mənbə: sportrbc.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri