Fev
2023
09:32
46
5
1281
Virtual karabakh

Premyer Liqa: Tura lider və autsayderin oyunu ilə start veriləcək

4 Fev, 2023
09:32
1281

Premyer Liqa: Tura lider və autsayderin oyunu ilə start veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.

Oxu.Az-ın məlumatına görə, açılış oyunu Gəncədə autsayder “Kəpəz”lə lider “Qarabağ” arasında keçiriləcək. Hazırda qonaqların 56, meydan sahiblərinin 13 xalı var.

Komandalar indiyədək ölkə çempionatında 51 dəfə üz-üzə gəliblər. Bunların 14-də “sarı-göylər”, 28-də “köhlən atlar” qələbə qazanıb. 9 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də son çempionunun aşkar üstünlüyü nəzərə çarpır - 71:55.

“Qarabağ” ardıcıl 9 qələbə qazanıb. “Kəpəz” son 4 ev görüşündə quru hesabla uduzub.

Azərbaycan Premyer Liqası

XXI tur

4 fevral

14:00. “Kəpəz” - “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cəmil Quliyev, Əli Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Gəncə şəhər stadionu

Qeyd edək ki, turun “Neftçi” - “Sumqayıt” və “Zirə” - “Qəbələ” oyunları fevralın 5-də, “Şamaxı” - “Turan Tovuz” və “Sabah” - “Səbail” matçları isə fevralın 6-da keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri