Fev
2023
13:56
64
9
784
Virtual karabakh

Azərbaycan şahmatçısı Çempionlar Turunun I divizionuna vəsiqə qazanıb

4 Fev, 2023
13:56
784

Azərbaycan şahmatçısı Çempionlar Turunun I divizionuna vəsiqə qazanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan şahmatçısı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “Airthings Masters” mərhələsində I diviziona yüksəlib.

“Report”un məlumatına görə, 35 yaşlı qrosmeyster seçmə turnirdə 12 idmançı arasına düşərək pley-offda rusiyalı Yan Nepomnyaşiyə rəqib olub.

Rəqibinə 1,5:0,5 hesabı ilə qalib gələn Məmmədov I diviziona vəsiqə qazanıb. Onunla yanaşı hindistanlı Qukeş Dommaraku ilə Arcun Eriqaisi, İran əsilli Alireza Firuzca, rusiyalı Aleksey Sarana və ABŞ təmsilçisi Hikaru Nakamura da iştirak hüququ əldə ediblər.

ABŞ-nin digər şahmatçısı Uesli So və Maqnus Karlsen birbaşa əsas raunddan mübarizəyə start verəcəklər. Rauf Məmmədov fevralın 6-da ilk görüşünü məhz Uelsli Soya qarşı keçirəcək.

Qeyd edək ki, yarış fevralın 10-da başa çatacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri