Fev
2023
21:05
152
77
4923
Virtual karabakh

Evli qadınlar arasında “Kainat gözəli”nin qalibi məlum olub - FOTO

5 Fev, 2023
21:05
4923

Evli qadınlar arasında “Kainat gözəli”nin qalibi məlum olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Udmurtiya sakini Yelena Maksimova evli qadınlar arasında keçirilən “Kainat gözəli” beynəlxalq gözəllik müsabiqəsinin əsas titulunu alıb.

Bu il müsabiqə yanvarın 30-dan fevralın 5-dək Sofiyada keçirilib.

Çin, Tailand, Filippin, Yaponiya, Hindistan, Belarus, Ukrayna, Almaniya, İspaniya, ABŞ və digər ölkələrdən 120 qadın müsabiqənin finalına çıxıb. 2007-ci ildən keçirilən yarışın tarixində ilk dəfə olaraq Rusiya təmsilçisi birinci yerə layiq görülüb.

Qeyd edək ki, Yelena Maksimova Udmurt Respublikasının Giya kəndində anadan olub. İndi o, İjevskdə dil mərkəzləri şəbəkəsini idarə edir və iki övladı var. 34 yaşlı xanım artıq 34 ölkəni ziyarət edib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri