Fev
2023
10:25
30
9
892
Virtual karabakh

Premyer Liqa: Bölgə komandaları Şamaxıda üz-üzə gəlir, “Sabah” autsayderlə qarşılaşır

6 Fev, 2023
10:25
892

Premyer Liqa: Bölgə komandaları Şamaxıda üz-üzə gəlir, “Sabah” autsayderlə qarşılaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında XXI tura bu gün keçiriləcək oyunlarla yekun vurulacaq.

Oxu.Az-ın məlumatına görə, sonuncu gündə iki görüş baş tutacaq.

İlk olaraq bölgə təmsilçiləri üz-üzə gələcəklər. Turnir cədvəlində “qonşu” olan “Şamaxı” ilə “Turan Tovuz” birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcəklər. Rəqibindən cəmi 1 xal geridə olan “Şamaxı” qalib gəlməklə turnir cədvəlində 6-cı pilləyə yüksəlmək niyyətindədir. Hazırda “Turan Tovuz” 17, “Şamaxı” isə 16 xala malikdir.

Tura paytaxt komandalarının dueli ilə son qoyulacaq. Liderlər qrupunda yer alan “Sabah” autsayder “Səbail”i sınağa çəkəcək. Azərbaycan Kubokunun 1/4 final mərhələsində rəqibinə məğlub olaraq mübarizəni dayandıran Murad Musayevin yetirmələri doğma azarkeşləri önündə bunun revanşını almağa çalışacaqlar. “Sabah” 49 xalla ikinci pillədə qərarlaşıbsa, sonuncu yerdə olan “Səbail”in aktivində 13 xal var.

Premyer Liqa

XXI tur

6 fevral

14:00. “Şamaxı” - “Turan Tovuz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Şamaxı şəhər stadionu

18:00. “Sabah” - “Səbail”

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Şirmamed Mamedov, Cavid Cəlilov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

“Bank Respublika Arena”

Qeyd edək ki, ilk iki gündə “Kəpəz” “Qarabağ”la (1:1), “Zirə” “Qəbələ” ilə (2:2) heç-heçə edib, “Neftçi” “Sumqayıt”a (2:0) qalib gəlib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri