Fev
2023
11:16
129
10
894
Virtual karabakh

Azərbaycan karateçiləri Avropa çempionatında 6 medal qazanıb - FOTO

6 Fev, 2023
11:16
894

Azərbaycan karateçiləri Avropa çempionatında 6 medal qazanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan karateçiləri Kiprin Larnaka şəhərində keçirilmiş Yeniyetmə və Gənclərin 50-ci Avropa çempionatında 6 medal qazanıblar.

“Report”un məlumatına görə, mükafatların üçü qızıl, biri gümüş, ikisi isə bürüncdür.

Aysu Əliyeva (59 kq) 16-17 yaşlı qız, Fərid Savadov (55 kq) oğlanlar, Əminağa Quliyev isə (60 kq) 21 yaşadək gənclər arasında Avropa çempionu olublar. Gülay Orucova 14-15 yaşlı yeniyetmələrin mübarizəsində gümüş, eləcə də Rahim Əzim (70+) eyni yaş qrupunda, Hüseyn Məmmədli isə 21 yaşadək gənclərin yarışında bürünc medala sahib çıxıblar.

Salman Salmanov (kata) 14-15 yaşlı yeniyetmələrdə, Fatima Məmmədova (-47 kq) isə onunla eyni yaş qrupunda kumite yarışlarının bürünc mükafatını əldən veriblər. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 4-cü yeri tutub. Üç yaş qrupu üzrə 50-ci qitə çempionatında 48 ölkədən 1114 karateçi iştirak edib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyasının İdarə Heyətinin üzvü Yaşar Bəşirov idmançıların mükafatlandırılma mərasimində iştirak edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri