7 
Fev
2023
09:44
48
21
654
yuxarı
Rauf Məmmədov “Airthings Masters”in I divizionunda növbəti görüşünü keçirəcək - FOTO
7 Fev, 2023
09:44
654
48
21
Rauf Məmmədov “Airthings Masters”in I divizionunda növbəti görüşünü keçirəcək - FOTO
Bu gün Azərbaycan şahmatçısı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “Airthings Masters” mərhələsinin I divizionunda növbəti oyununu keçirəcək.
“Report”un məlumatına görə, I turda məğlub olan 35 yaşlı qrosmeyster eyni aqibəti yaşamış hindistanlı Qukeş Dommaraku ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Tərəflər 4 görüş keçirəcəklər. Rauf Məmmədov ötən gün ABŞ təmsilçisi Uesli Soya uduzub - 1,5:2,5.
Qeyd edək ki, “Airthings Masters” fevralın 10-da başa çatacaq.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək