Fev
2023
12:12
103
9
1843
Virtual karabakh

“Sabah” klubu yeni rekorda imza atıb

7 Fev, 2023
12:12
1843

“Sabah” klubu yeni rekorda imza atıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah” klubu tarixinin yeni rekorduna imza atıb.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, paytaxt təmsilçisi buna “Səbail”i 4:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XXI tur oyununda nail olub.

“Bayquşlar” çempionatda ardıcıl dörd quru oyun keçiriblər. Murad Musayevin baş məşqçi olduğu kollektiv mövsümün ilk yarısını “Sumqayıt” üzərində 6:0 hesablı qələbə ilə başa vurub.

2023-cü ildə “Neftçi”ni 2:0, “Qəbələ”ni 3:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edən Bakı klubu ardıcıl 4 quru hesablı qələbə qazanıb.

“Sabah” sonuncu dəfə XVII turun 2022-ci il dekabrın 14-də baş tutan matçında “Kəpəz”dən qol buraxıb – 2:2.

Bunadək komandanın ən uzun quru seriyası 3 oyundan ibarət olub. “Sabah” 4 dəfə belə seriyaya imza atıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri