7 
Fev
2023
12:52
24
124
3553
yuxarı
Fransa - Azərbaycan oyununun vaxtı bəlli olub
7 Fev, 2023
12:52
3553
24
124
Fransa - Azərbaycan oyununun vaxtı bəlli olub
19 yaşadək futzalçılar arasında təşkil olunacaq AVRO-2023-ün əsas mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin yer aldığı 5-ci qrupun təqvimi açıqlanıb.
Federasiyadan Oxu.Az-a verilən məlumata görə, yığma martın 22-də Fransadan olan həmyaşıdları ilə üz-üzə gələcək.
Ertəsi gün rəqib Bosniya və Herseqovina seçməsi olacaq. Ağatahir Əzimovun başçılıq etdiyi U-19 bu mərhələdə son görüşünü Yunanıstan yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, 5-ci qrupun oyunları Bosniya və Herseqovinada gerçəkləşəcək.
22 mart
20:00. Fransa - Azərbaycan
Şiroki Briyeq şəhəri, Pecara İdman zalı.
23 mart
23:00. Bosniya və Herseqovina - Azərbaycan
Şiroki Briyeq şəhəri, Pecara İdman zalı.
25 mart
20:00. Azərbaycan - Yunanıstan
Şiroki Briyeq şəhəri, Pecara İdman zalı
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək