Fev
2023
04:47
126
20
1470
Virtual karabakh

Argentina, Uruqvay, Çili və Paraqvay DÇ-2030-u birgə keçirə bilər

8 Fev, 2023
04:47
1470

Argentina, Uruqvay, Çili və Paraqvay DÇ-2030-u birgə keçirə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentina Futbol Federasiyasının rəhbəri Klaudio Tapia Argentina, Uruqvay, Çili və Paraqvayın 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizə təqdim etdiyini bildirib.

“Bu gün dörd ölkənin tarixi üçün çox mühüm bir gündür. Biz dünya çempionatının yüzilliyində turnirə yenidən ev sahibliyi etməyi arzulayırıq. Biz cənubi amerikalılar çox həyəcanlıyıq, biz futbol üçün yaşayırıq. Biz bilirik ki, bu, çox böyük öhdəlikdir və Argentina, Uruqvay, Paraqvay, Çilinin 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün uyğun olduğunu bütün dünyaya sübut etməliyik”, - deyə futbol rəsmisi qeyd edib.

Xatırladaq ki, Argentina millisi hazırkı dünya çempionudur. Növbəti dünya çempionatı 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək.

Mənbə: championat.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri