Fev
2023
17:32
372
17
3564
Virtual karabakh

Tovuzlu azarkeş Türkiyədəki zəlzələyə görə 500 manatlıq bilet alıb

9 Fev, 2023
17:32
3564

Tovuzlu azarkeş Türkiyədəki zəlzələyə görə 500 manatlıq bilet alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuzlu azarkeş Sahib Musayev zəlzələdən əziyyət çəkən Türkiyəyə yardım məqsədilə başladılan aksiyaya 500 manatlıq bilet alaraq dəstək verib.

Bu barədə “Report”a “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat verib.

O bildirib ki, adıçəkilən fanat Premyer Liqanın XXII turunda “Kəpəz”lə keçiriləcək ev oyununa bir ədəd simvolik bilet alaraq 500 manat ianə edib.

“Turan Tovuz” klubunun rəhbərliyi qarşılaşmanın bilet satışından əldə ediləcək gəlirin hamısını Türkiyəyə göndərmək qərarına gəlib. Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, aksiyaya maraq böyükdür və hətta görüşə gələ bilməyəcək azarkeşlər də bilet alaraq dəstəklərini göstərirlər.

Qeyd edək ki, fevralın 11-də Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” - “Kəpəz” oyunu saat 14:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri