Apr
2015
15:33
23
73
1964
Virtual karabakh

Nazir: Bakı-2015 üçün tikilən bütün qurğular aprelin sonunda istifadəyə veriləcək

9 Apr, 2015
15:33
1964

Nazir: Bakı-2015 üçün tikilən bütün qurğular aprelin sonunda istifadəyə veriləcək

“Bizim üçün əsas medalların sayıdır”.

Bakıda keçiriləcək Avropa Oyunları Olimpiya Oyunları və Dünya çempionatlarından sonra üçüncü yer tutur.

Oxu.Az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycan yığma komandasının bu gün Bakı-2015 Avropa Oyunlarına hazırlığının son mərhələsi ilə bağlı keçirilən iclasda deyib.

Nazirin sözlərinə görə, ölkə prezidenti, birinci xanım, bütün dövlət qurumları çalışır ki, oyunlar yüksək səviyyədə keçirilsin.

Bizim ən böyük istəyimiz Avropa Oyunlarında qazanılan medalların sayının çox olmasıdır. Bizim Avropa Oyunları zamanı qazanacağımız medalların sayı bundan öncə keçirilən Olimpiya Oyunlarındakı medalların sayından az olmamalıdır. Doğma azərkeşlərimiz də dəstək olmalıdır ki, idmançılarımız qələbə qazansınlar”, - deyə, nazir bildirib.

Tədbirdə nazir qeyd edib ki, Bakı Avropa Oyunları üçün tikilən qurğuların artıq 99 faizi hazırdır. Aprelin sonuna qədər bütün qurğular istifadəyə veriləcək.

Azad Rəhimov bildirib ki, Bakıda keçirilən Avropa Oyunlarının açılış və bağlanış mərasimində 5000 könüllü, müxtəlif yarışlarda isə 12 000 könüllü iştirak edəcək.

Elvin Əhmədov
Foto: Nüsrət Abdullayev
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri