17 
Mar
2023
16:21
93
39
4842
Virtual karabakh

Avropa Liqası: “Mançester Yunayted” və “Yuventus”un rəqibləri məlum oldu - YENİLƏNİB

17 Mar, 2023
16:21
4842

Avropa Liqası: “Mançester Yunayted” və “Yuventus”un rəqibləri məlum oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasında mövsümün sonuncu püşkü atılıb.

Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürüb.

Püşkatma mərasimində 1/4 və yarımfinal cütlükləri bəlli olacaq, eyni zamanda, final matçının nominal meydan sahibinin adına aydınlıq gəlib.

Bu mərhələdən etibarən, püşkün nəticəsinə əsasən, istənilən ölkə təmsilçisi bir-birilə qarşılaşa bilib.

Turnirin favoritlərindən “Mançester Yunayted” yarışın ən çox qalibi olmuş “Sevilya”ya rəqib olub. Digər favorit “Yuventus” “Sportinq”lə üz-üzə gələcək. “Bayer” “Union”, “Roma” isə Konfrans Liqasının ötən mövsümünün finalında qalib gəldiyi “Feyenoord”a rəqib olub.

1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq.

Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutacaq.

UEFA Avropa Liqası
1/4 final mərhələsi

“Mançester Yunayted” (İngiltərə) - “Sevilya” (İspaniya)
“Yuventus” (İtaliya) - “Sportinq” (Portuqaliya)
“Bayer” (Almaniya) - “Union” (Belçika)
“Feyenoord” (Niderland) - “Roma” (İtaliya)

Yarımfinal

1. “Yuventus” (İtaliya)/“Sportinq” (Portuqaliya) cütünün qalibi - “Mançester Yunayted” (İngiltərə)/“Sevilya” (İspaniya) cütünün qalibi
2. “Feyenoord” (Niderland)/“Roma” (İtaliya) - “Bayer” (Almaniya)/“Union” (Belçika) cütünün qalibi

Final

1-ci cütün qalibi - 2-ci cütün qalibi

09:40

Bu gün UEFA Avropa Liqasında cari mövsümün sonuncu püşkü atılacaq.

“Report”un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Püşkatma mərasimində 1/4 və yarımfinal cütlükləri bəlli olacaq, eyni zamanda, final matçının nominal meydan sahibinin adına aydınlıq gələcək.

Bu mərhələdən etibarən, püşkün nəticəsinə əsasən, istənilən ölkə təmsilçisi bir-birilə qarşılaşa biləcək.

1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq.

Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutacaq.

UEFA Avropa Liqası

1/4 final mərhələsi

“Union” (Belçika)

“Bayer” (Almaniya)

“Sportinq” (Portuqaliya)

“Roma” (İtaliya)

“Sevilya” (İspaniya)

“Yuventus” (İtaliya)

“Mançester Yunayted” (İngiltərə)

“Feyenoord” (Niderland).

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri