18 
Mar
2023
12:29
60
8
1922
Virtual karabakh

Avropada derbilər həftəsi: “İnter” - “Yuventus” oyunundan “El-Klassiko”yadək - AFİŞA

18 Mar, 2023
12:29
1922

Avropada derbilər həftəsi: “İnter” - “Yuventus” oyunundan “El-Klassiko”yadək - AFİŞA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həftəsonu Avropanın yaşıl meydanlarında bir sıra maraqlı qarşılaşmalar keçiriləcək.

Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında lider “Arsenal” baş məşqçisi Patrik Vieyra ilə yollayını ayıran “Kristal Pelas”ı qonaq edəcək. Sabah keçiriləcək matç Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Bu gün isə “Çelsi” meydana çıxacaq. Uğurlu mövsüm keçirməyən, lakin getdikcə formaya düşən londonlular saat 21:30-da start fiti səslənəcək qarşılaşmada “Everton”un müqavimətini qırmağa çalışacaq.

Fransa Liqa 1-də lider PSJ “Renn”i sınağa çəkəcək. Bazar günü oynanılacaq görüş Bakı vaxtı ilə 20:05-də başlayacaq. Parislilərin ən yaxın izləyicisi “Marsel” həmin gün 23:45-də “Reyms”in qonağı olacaq.

Almaniya Bundesliqasında çempionluq mübarizəsini davam etdirən Dortmund “Borussiya”sı “Köln”ü sınağa çəkəck. Bu gün keçiriləcək oyunun start fiti saat 21:30-da səslənəcək. Lider “Bavariya” isə sabah meydana çıxacaq. Münhen klubu Bakı vaxtı ilə saat 20:30-da başlanacaq oyunda “Bayer”in müqavimətini qırmağa çalışacaq.

İtaliya A Seriyasında bu həftə iki derbi baş tutacaq. Hər iki görüş sabah keçiriləcək. Əvvəlcə paytaxt derbisində “Latsio” və “Roma” münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 21:30-da səslənəcək. Həftənin əsas oyunu isə Milanda təşkil olunacaq. “İnter” və “Yuventus” İtaliya derbisində münasibətlərinə aydınlıq gətirəcək. “Cüzeppe Meatsa”da oynanacaq qarşılaşma sabah saat 23:45-də başlayacaq.

Lider “Napoli” “Torino”nun qonağı olacaq. Bu qarşılaşma da sabah keçiriləcək və saat 18:00-da start götürəcək. “Milan” isə bu gün saat 23:45-də başlayacaq oyunda “Udineze” səfərində uğur axtaracaq.

Həftənin oyunu La Liqada keçiriləcək. Çempionatın vahid lideri “Barselona” əzəli rəqibi və ən yaxın izləyicisi “Real Madrid”i qəbul edəcək. Martın 20-də oynanacaq “El-Klassiko” Bakı vaxtı ilə 00:00-da start götürəcək.

İspaniya çempionatında turun maraqlı oyunlarından biri bu gecə Madrid “Atletiko”su ilə “Valensiya” arasında keçiriləcək.

Türkiyə Super Liqasında “Beşiktaş” “İstanbulspor”u sınağa çəkəcək. Bu gün keçiriləcək oyun saat 20:00-da start götürəcək. Çempionluğa oynayan “Fənərbağça” sabah meydana çıxacaq. İstanbul təmsilçisi lider “Qalatasaray”ın “Konyaspor”a məğlub olduğu turda “Alanyaspor” səfərində uğur axtaracaq. Qarşılaşma saat 20:00-da başlayacaq.

Həftəsonunun maraqlı oyunları

18 mart

İngiltərə Premyer Liqası

21:30. “Çelsi” - “Everton”

Almaniya Bundesliqası

21:30. “Borussiya” (Dortmund) - “Köln”

İtaliya A Seriyası

23:45. “Udineze” - “Milan”

Türkiyə Super Liqası

20:00. “Beşiktaş” - “İstanbulspor”

19 mart

İspaniya La Liqası

00:00. “Atletiko” - “Valensiya”

İngiltərə Premyer Liqası

18:00. “Arsenal” - “Kristal Pelas”

Fransa Liqa 1

20:05. PSJ - “Renn”

23:45. “Reyms” - “Marsel”

Almaniya Bundesliqası

20:30. “Bayer” - “Bavariya”

İtaliya A Seriyası

18:00. “Torino” - “Napoli”

21:00. “Latsio” - “Roma”

23:45. “İnter” - “Yuventus”

Türkiyə Super Liqası

20:00. “Alanyaspor” - “Fənərbağça”

20 mart

İspaniya La Liqası

00:00. “Barselona” - “Real Madrid”

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri