18 
Mar
2023
13:36
210
14
2837
Virtual karabakh

“UFC-286”: Bu gecə Rafael Fiziyev Castin Geyci ilə döyüşəcək

18 Mar, 2023
13:36
2837

“UFC-286”: Bu gecə Rafael Fiziyev Castin Geyci ilə döyüşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gecə İngiltərənin paytaxtı Londonda “UFC-286” turniri keçiriləcək.

Oxu.Az xəbər verir ki, əsas proqramda Azərbaycan təmsilçisi Rafael Fiziyev də oktaqona çıxacaq. Yüngül çəkidə döyüşən 29 yaşlı idmançı ABŞ təmsilçisi Castin Geyci ilə üz-üzə gələcək.

“UFC-286” turnirinin əsas proqramı Bakı vaxtı ilə gecə 00:00-da start götürəcək. Fiziyev - Geyci döyüşünün dəqiq başlanma vaxtı bəlli deyil. Bu, turnirin gedişatından asılı olacaq.

Rafael MMA karyerasında 13 döyüşün 12-də qələbə qazanıb. O, cəmi 1 dəfə oktaqonu məğlub tərk edib. Geyci isə 27 qarşılaşmanın 23-də güclü tərəf olub. ABŞ-li idmançı 4 dəfə məğlubiyyətlə üzləşib.

Bu gecə keçiriləcək döyüşdə mütəxəssislər Rafael Fiziyevi favorit sayırlar. “CBS Sports”un əməkdaşlarından Brent Brukhaus (döyüş növləri yazarı), Brayan Kempel (döyüş növləri yazarı, “Morning Kombat”ın təşkilatçılarından biri), Şakiel Mahcuri (yazar) və Maykl Mormil (prodüser) məhz Azərbaycan təmsilçisinin qələbə qazanacağını düşünürlər. Yalnız Brendon Vayz (baş redaktor) üstünlüyü Geyciyə verib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri