12 
Sen
2017
15:14
27
79
1790
Virtual karabakh

Azərbaycanda federasiya fəaliyyətini dayandırdı

Azərbaycanda idman federasiyası fəaliyyətini dayandırıb.

Oxu.Az unikal.org-a istinadən xəbər verir ki, Azərbaycan Reqbi Federasiyasıyasının fəaliyyətini dayandırmasına səbəb maliyyə problemləridir.

İdmançılara və məşqlərin keçirilməsinə vəsait ayırmaqda çətinlik çəkən qurum bu addımı atmaq qərarına gəlib. Ciddi maliyyə sıxıntısı yaşanan qurumda nə milli komanda, nə də məşqçilər var.

Məlumatda bildirilir ki, olimpiya idman növü olan reqbi hazırda, sadəcə, azyaşlı uşaqlar üçün klub şəkilində fəaliyyət göstərir.

Qeyd edək ki, reqbi 2016 və 2020 Olimpiya Oyunlarına salınıb. Azərbaycan Reqbi Federasiyanın prezidenti Beynəlxalq Əməliyyat Şirkətinin əməkdaşı Eldəgiz Rəfibəylidir. O, hazırda xaricdədir.

A.M.

www.oxu.az

Digər İdman xəbərləri