19 
Mar
2023
11:53
176
7
1230
Virtual karabakh

Avropa çempionatı: Azərbaycan yığması son gündə bir qızıl, iki bürünc medal qazana bilər – AFİŞA

19 Mar, 2023
11:53
1230

Avropa çempionatı: Azərbaycan yığması son gündə bir qızıl, iki bürünc medal qazana bilər – AFİŞA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə U-23 Avropa çempionatına bu gün yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, yarışın son günündə Azərbaycanın 3 sərbəst güləşçisi medal uğrunda mübarizə aparacaq.

74 kq çəki dərəcəsində bir gün əvvəl bütün rəqiblərini üstələyən Turan Bayramov final görüşünə çıxacaq. Onun həlledici dueli moldovalı Vasile Diakona qarşı olacaq.

86 kq-dakı Fərid Cabbarov təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Cabbarovun da rəqibi Moldova təmsilçisi olacaq. Azərbaycan güləşçisi İvan İçizliyə qalib gələrək, üçüncülük yarışını davam etdirməyə çalışacaq. 21 yaşlı idmançı bunu bacarsa, türkiyəli İsmail Küçüksolaka rəqib olacaq.

92 kq çəkidəki Azərbaycan təmsilçisi Abdulcəlil Şabanov isə bürünc medal üçün döşəyə çıxacaq. O, Sergey Sarqsyan (Ermənistan) – Farhad Anoşen (İsveç) görüşünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha daha əvvəl sərbəst güləşçilərdən Maqomed-Başir Xaniyev (70 kq), İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qazanıblar. Qadın güləşçilərdən Birgül Soltanova (65 kq) ikinci, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) üçüncü yeri tutublarsa, yunan-Roma güləşçilərindən Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) gümüş medala sahib çıxıblar.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri