20 
Mar
2023
02:04
198
82
4765
yuxarı
“Barselona” “El-Klassiko”larda 100-cü qələbəsini qazanıb “Real”dan uzaqlaşdı - VİDEO
20 Mar, 2023
02:04
4765
198
82
“Barselona” “El-Klassiko”larda 100-cü qələbəsini qazanıb “Real”dan uzaqlaşdı - VİDEO
İspaniya La Liqasında XXVI turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, turun bağlanış və mərkəzi matçında lider “Barselona” və ən yaxın izləyicisi “Real” üz-üzə gəlib. “El-Klssiko” Kataloniya klubunun qələbəsi ilə başa çatıb - 2:1.
Matçta hesabı 9-cu dəqiqədə “Real” açıb. “Barselona”nın heyətində Ronald Arauxo avtoqol müəllifi olub. Lakin 45-ci dəqiqədə Serxio Roberto ilə “Barsa” tarazlığı bərpa edib. 90+2-ci dəqiqədə isə Frank Kessye oyunda son nöqtəni qoyub.
Bu, “Barselona”nın rəsmi “El-Klassiko”larda 100-cü qələbəsi kimi tarixə düşüb.
Xallarını 68-ə çatdıran kataloniyalılar liderliyini bir qədər də möhkəmləndirib. Mövsümün sonuna 12 tur qalmış “Barsa” ən yaxın izləyicisi “Real”ı 12 xal üstələyir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək