20 
Mar
2023
17:18
110
18
3445
Virtual karabakh

Dünən “Mançester Siti”, sabah “Turan Tovuz”

20 Mar, 2023
17:18
3445

Dünən “Mançester Siti”, sabah “Turan Tovuz”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Turan Tovuz” heyətinə daha bir legioner futbolçunu cəlb etməyə hazırlaşır.

Matc.az saytının əldə etdiyi məlumata görə, Panama yığmasının futbolçusu Roderik Millerlə anlaşan Tovuz təmsilçisi Qanadan olan yarımmüdafiəçi Divayn Naa ilə yaxından maraqlanır.

Tərəflər bütün məsələlərdə razılığa gələ bilsələr, 26 yaşlı futbolçunu tezliklə Premyer Liqamızda görə bilərik.

Divayn Naa sonuncu dəfə Litvanın “Kauno Jalgiris” klubunun formasını geyinib. O, bu ilin əvvəlində həmin komandadan ayrılıb və hazırda azad agent statusu daşıyır. 

Vaxtilə “Mançester Siti”də forma geyinmiş Naa, karyerası ərzində “Stromsqodset”, “NAK Breda”, “Nordsyeland”, “Örebro”, “Tubize”, “Hapoel” (Ra Anana), “Mosta” kimi klubların formasını geyinib. 

Mərkəz yarımmüdafiəçisi “Kauno Jalgiris”də 57 oyuna səkkiz qol vurub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri