21 
Mar
2023
12:24
200
40
1829
Virtual karabakh

Mbappe Fransa millisinin yeni kapitanı oldu

21 Mar, 2023
12:24
1829

Mbappe Fransa millisinin yeni kapitanı oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa millisinin yeni kapitanı müəyyənləşib.

Komandanın baş məşqçisi Didye Deşam sarğını Kilian Mbappeyə həvalə edib. Antuan Qrizmann vitse-kapitan seçilib.

Millinin öncəki kapitanı Uqo Lyoris yığma karyerasını başa vurub.

24 yaşlı Mbappe Fransa millisinin heyətində keçirdiyi 66 oyunda 36 qol vurub, 23 məhsuldar ötürmə verib.

Mənbə: Goal.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri