22 
Mar
2023
00:19
132
16
2686
Virtual karabakh

Fransa millisində kapitanlıq qalmaqalı: Qrizman yığmadan gedəcək?

22 Mar, 2023
00:19
2686

Fransa millisində kapitanlıq qalmaqalı: Qrizman yığmadan gedəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Atletiko”nun hücumçusu Antuan Qrizman Fransa millisindəki karyerasını başa vura bilər.

32 yaşlı futbolçu komandada kapitan seçimindən narazıdır. Yığmanın çalışdırıcısı Didye Deşam Uqo Lyorisin milli karyerasını başa vurmasından sonra sarğını Kilian Mbappeyə verib. Qrizmann isə vitse-kapitan kimi müəyyənləşdirilib. Ancaq təcrübəli oyunçu 24 yaşlı Mbappe ilə müqayisədə millinin formasını daha çox geyindiyi üçün bu rola özünü layiq görür.

Digər tərəfdən, DÇ-2022-dən sonra Lyoris və Rafael Varanın yığmadan gedişi də Antuanın yığma karyerasını bitirmək fikirlərini gücləndirib. O, dostu Pol Poqbanın komandada olmamasına görə də məyusdur.

Qrizman bu ay keçiriləcək matçlardan sonra yekun qərarını verəcək. Fransa AVRO-2024-ün seçmə mərhələsində martın 24-ü Niderlandı qəbul edəcək, üç gün sonra isə İrlandiyanın qonağı olacaq.

Mənbə: L'Equipe

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri