22 
Mar
2023
16:15
110
16
3399
Virtual karabakh

AVRO-2024: Azərbaycan millisini gözləyən BÖYÜK QAZANC

22 Mar, 2023
16:15
3399

AVRO-2024: Azərbaycan millisini gözləyən BÖYÜK QAZANC

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində mübarizəyə başlayır.

Oxu.Az xəbər verir ki, yığma martın 24-də Avstriyanın, üç gün sonra İsveçin qonağı olacaq. Qarşıdakı oyunların komandanın FIFA reytinqinə mümkün təsirləri məlum olub.

Oxu.Az-ın hesablamalarına görə, milli cədvəldə hər iki rəqibindən geri qaldığına görə qələbə və heç-heçələr ciddi qazanca səbəb olacaq. Məğlubiyyət isə cüzi xal itkisi ilə nəticələnəcək.

Canni de Byazinin rəhbərlik etdiyi kollektiv Avstriyada qalib gələ bilsə, hesabın 19,8 xal əlavə edəcək. Heç-heçə də qazanc anlamına gəlir. Bu halda milli 7,3 xal irəli düşəcək. Linzdəki mümkün məğlubiyyət isə 5,2 xal itirmək deməkdir.

İsveçdə qələbə daha böyük qazancla nəticələnəcək. Bu halda, millinin aktivi 20,8 xal artacaq. Heç-heçə 8,3 xal qazanmaq anlamına gələcəksə, məğlub olacağı təqdirdə yığma 4,2 xal itirəcək.

Beləliklə, qarşıdakı oyunlar üçün millinin maksimal qazancı 40,6 xal ola bilər. Ən pis halda isə komanda 9,4 xal itirəcək.

Qarşıdakı günlər ərzində oyunlar çox olduğundan yığmanın yeni mövqeyini təxmin etmək az qala mümkünsüzdür. Lakin 40,6 xallıq qazanc olacağı təqdirdə, mövcud sıralama əsasında 15-16 pilləlik sıçrayış gözlənilir. Ən pis ssenaridə isə komanda 2-3 pillə geriləyəcək.

Hazırda Azərbaycan millisi 1151,8 xalla 121-cidir.

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri