22 
Mar
2023
21:38
116
11
2108
yuxarı
“Linz lənəti”: Avstriyada Azərbaycan millisini sevindirəcək fakt
22 Mar, 2023
21:38
2108
116
11
“Linz lənəti”: Avstriyada Azərbaycan millisini sevindirəcək fakt
Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu Avstriyaya qarşı keçiriləcək.
Yığma martın 24-də Linz şəhərindəki “Rayffaysen Arena”da mübarizəyə başlayacaq. Qarşılaşma öncəsi ev sahibinin sözügedən şəhərlə bağlı xoş olmayan statistikası üzə çıxıb.
Məlum olub ki, Avstriya millisi Linzdə 40 ilə yaxındır, qələbə qazana bilmir. Komanda sonuncu dəfə 1981-ci ildə Finlandiyanı məğlubiyyətə uğrada bilib. Bundan sonra Yuqoslaviya (0:3), Macarıstan (0:0, 1:1), Portuqaliya (1:1), Sloveniya (0:2), Fil Dişi Sahili (0:3) yığmaları ilə görüşlərdə avstriyalılar qalib gəlməyi bacarmayıblar.
Avstriya Azərbaycanla oyunda “Linz lənəti”ni qırmağa çalışacaq. Sözügedən matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Mənbə: “Kicker”
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək