22 
Mar
2023
16:26
317
31
4198
Virtual karabakh

Bakı Olimpiya Stadionu “Qarabağ” - “Qalatasaray” oyununa hazırdır - FOTO

22 Mar, 2023
16:26
4198

Bakı Olimpiya Stadionu “Qarabağ” - “Qalatasaray” oyununa hazırdır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” Türkiyənin “Qalatasaray” klubuna qarşı keçirəcəyi xeyriyyə oyununun baş tutacağı Bakı Olimpiya Stadionunun (BOS) mövcud vəziyyətini əks etdirən fotolar paylaşıb.

Ağdam təmsilçisinin sosial şəbəkə hesabında yerləşdirilən şəkillərdə arenanın ot örtüyünün ideal vəziyyətdə olduğu görünür. Klub stadionun qarşılaşmaya hazır olduğunu qeyd edib. Bundan başqa, bir daha matçdan əldə olunacaq gəlirin Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım üçün göndəriləcəyi qeyd edilib.

Xatırladaq ki, BOS rəhbərliyi matçın xeyriyyə məqsədli olduğunu nəzərə alaraq, təşkilati işlər üçün "Qarabağ"dan heç bir məbləğ tələb etməyib.

“Qarabağ” - “Qalatasaray” matçı martın 26-da saat 20:00-da start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri