23 
Mar
2023
03:04
31
78
4158
Virtual karabakh

Bekhemin klubundan Messiyə qeyri-adi təklif

23 Mar, 2023
03:04
4158

Bekhemin klubundan Messiyə qeyri-adi təklif

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

PSJ ilə yeni müqavilə ilə bağlı ortaq məxrəcə gələ bilməyən Lionel Messiyə daha bir müştəri tapılıb.

ABŞ-nin “İnter Mayami” klubu argentinalı ulduzun xidmətində maraqlıdır. MLS təmsilçisi 35 yaşlı oyunçuya qeyri-adi təklif edib. Messi razılıq verəcəyi təqdirdə məvacibindən əlavə klubun səhmlərinin beş faizinə də yiyələnəcək.

“İnter Mayami”nin bu addımı atmasının səbəbi maaş limitidir. Klub oyunçuya istədiyi yüksək məvacibi verə bilməyəcəyindən həll yolunu səhmlərin bir qismini onun adına keçirməkdə görüb.

Qeyd edək ki, “İnter Mayami”nin prezidenti ötənlərin məşhur futbolçusu Devid Bekhemdir. O, həm də klubun ortaqlarından biridir.

Mənbə: “Ajansspor”

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri