23 
Mar
2023
16:08
140
9
1736
Virtual karabakh

Azərbaycan millisinin futbolçusu Avstriya ilə oyun barədə: “Heç nə mümkünsüz deyil”

23 Mar, 2023
16:08
1736

Azərbaycan millisinin futbolçusu Avstriya ilə oyun barədə: “Heç nə mümkünsüz deyil”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əlbəttə ki, çətin olacaq, amma heç nə mümkünsüz deyil”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin futbolçusu Bəxtiyar Həsənalızadə AVRO-2024-ün seçmə mərhələsində Avstriya və İsveçlə keçiriləcək oyunlarla bağlı danışarkən deyib.

31 yaşlı müdafiəçi bildirib ki, yığmada matçlar tamam fərqli və məsuliyyətli olur:

“Yığmada hər matçı eyni şəkildə keçirmək çox çətindir. Çünki oyunlar arasında fasilə çox olur. Digər tərəfdən, rəqiblər də güclü olurlar. İstənilən halda bizim üzərimizə düşən şans verilərkən yaxşı çıxış etməkdir. Avstriya və İsveç güclü komandalardır. İstənilən rəqiblə son fitə qədər mübarizə aparmaq lazım gələcək”.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də Linzdə Avstriyanın, bundan üç gün sonra isə Solnada İsveçin qonağı olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri