23 
Mar
2023
15:08
77
17
1251
Virtual karabakh

Azərbaycan yığmasının oyunlarını yerli hakimlər idarə edəcəklər

23 Mar, 2023
15:08
1251

Azərbaycan yığmasının oyunlarını yerli hakimlər idarə edəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarını yerli hakimlər idarə edəcəklər.

AFFA-dan verilən məlumata görə, Bakıda təlim-məşq toplanışında olan U-19-un Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşlərində azərbaycanlı referilər iş başında olacaqlar.

Martın 24-dəki görüşdə Kamran Əliyev ədalət təmsilçisi olacaq. Ona Asif Abdullayev və Rasim Axundov köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Şamil İmanzadə yerinə yetirəcək.

Bundan üç gün sonra komandaların ikinci duelinə Əli Əliyev hakimlik edəcək. Orxan İbişovla Zakir Şükürzadə yan xətt, İslam Məmmədov isə ehtiyat hakim olacaq.

Qeyd edək ki, hər iki qarşılaşma “Dalğa Arena”da keçiriləcək və saat 18:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri