23 
Mar
2023
20:20
105
25
1800
Virtual karabakh

Ralf Ranqnik: “Topa sahib olmağı sevən güclü komanda ilə qarşılaşacağıq”

23 Mar, 2023
20:20
1800

Ralf Ranqnik: “Topa sahib olmağı sevən güclü komanda ilə qarşılaşacağıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Topa sahib olmağı sevən güclü komanda ilə qarşılaşacağımızı bilirik”.

“Report”un məlumatına görə, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi təşkil olunan mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis həm Azərbaycan, həm də Estoniya ilə görüşün favoriti olduqlarını söyləyib:

“İlk dəfə qarşıda favorit olduğumuz iki oyun var. Andorra ilə matç istisnadır. Azərbaycan millisi son beş oyunda qələbə qazanıb. Ancaq azarkeşlər onları məğlub etməyimizi gözləyirlər. Bu mənada növbəti addımı atmalıyıq. Əminəm ki, bunu edə bilərik”.

Ranqnik kapitan David Alabanın Azərbaycanla martın 24-dəki qarşılaşmada iştirak etməyəcəyini sözlərinə əlavə edib. O, həmin görüşdə kapitanlıq sarğısını yarımmüdafiəçi Marsel Sabitzerin taxacağını vurğulayıb. Baş məşqçi qapı xəttində isə Haynts Lindnerin dayanacağını deyib.

Qeyd edək ki, martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri