24 
Mar
2023
00:37
187
62
5024
yuxarı
“Fənərbağça”-“Zenit” matçında türk və rusiyalı azarkeşlər arasında dava düşdü - VİDEO
24 Mar, 2023
00:37
5024
187
62
“Fənərbağça”-“Zenit” matçında türk və rusiyalı azarkeşlər arasında dava düşdü - VİDEO
“Fənərbağça” - “Zenit” yoldaşlıq görüşünün birinci hissəsinin sonunda Şükrü Saracoğlu stadionunun tribunalarında türkiyəli azarkeşlərlə rusiyalı fanatlar arasında münaqişə baş verib.
Qonaqlar “Rusiya! Rusiya!” qırqırmağa başlayıblar ki, bu da yerli futbol həvəskarlarını qıcıqlandırıb.
Vəziyyətə polis müdaxilə etməli olub. Sankt-Peterburq klubunun azarkeşləri sonda polisin müşayiəti altında tribunaların altındakı əraziyə aparılıblar.
Qeyd edək ki, “Fənərbaxça” və “Zenit” komandaları arasında yoldaşlıq görüşü xeyriyyə məqsədilə keçirilib və 2:2 hesabı ilə başa çatıb. Oyundan əldə olunan bütün gəlir Türkiyədəki zəlzələdən zərər çəkənlərə yardım üçün istifadə olunacaq.
Mənbə: sport-express.ru
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək