24 
Mar
2023
13:55
104
25
5290
Virtual karabakh

Canni De Byazi üç futbolçunu millinin heyətindən kənarlaşdırdı

24 Mar, 2023
13:55
5290

Canni De Byazi üç futbolçunu millinin heyətindən kənarlaşdırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi bu gün səfərdə Avstriya yığmasına qarşı keçirəcəkləri AVRO-2024-ün I tur oyunu üçün “23-lüy”ü müəyyənləşdirib.

“Report”un məlumatına görə, 67 yaşlı mütəxəssis sərəncamındakı 26 futbolçudan üçünü heyətdən çıxarmalı olub.

De Byazi Ceyhun Nuriyev (“Sabah”), Azər Salahlı (“Neftçi”) və Rüstəm Əhmədzadənin (“Zirə”) xidmətindən yararlanmamağı qərara alıb.

Daha əvvəl Türkiyənin “Konyaspor” klubunda çıxış edən Mahir Emreli zədəli olduğu üçün toplanışa qatılmayıb.

Qeyd edək ki, Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Yığma üç gün sonra İsveçin qonağı olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri