24 
Mar
2023
21:57
571
28
4660
Virtual karabakh

“Qalatasaray” futbol klubu: “Can Azərbaycanda zəfər deyil, səfərbərlik zamanıdır" - VİDEO

24 Mar, 2023
21:57
4660

“Qalatasaray” futbol klubu: “Can Azərbaycanda zəfər deyil, səfərbərlik zamanıdır" - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Can Azərbaycanda "Zəfər deyil, səfərbərlik zamanıdır".

Bu, Türkiyənin "Qalatasaray" futbol klubunun tvitter hesabında Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ"la matç öncəsi Azərbaycanla bağlı paylaşımında yer alıb.

“Qalatasaray”ımızın 26 mart, bazar günü saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) “Qarabağ” futbol komandası ilə Azərbaycanda oynayacağı və bütün gəlirlərinin zəlzələdə vətəndaşlarımıza bağışlanacağı qardaşların qarşılaşması üçün son 2 gün”, - paylaşımda əlavə olunub.

Qeyd edək ki, “Qarabağ”la “Qalatasaray” arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq. Bakı Olimpiya Stadionunda təşkil olunacaq matçın bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri