25 
Mar
2023
17:50
289
33
1148
Virtual karabakh

Tahir Gözəl: “Türkiyənin lider klubu ilə Azərbaycan çempionu bir araya gələcək, möhtəşəm axşam olacaq” - VİDEO

25 Mar, 2023
17:50
1148

Tahir Gözəl: “Türkiyənin lider klubu ilə Azərbaycan çempionu bir araya gələcək, möhtəşəm axşam olacaq” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın prezidenti Tahir Gözəl Ağdam təmsilçisinin Türkiyənin “Qalatasaray” klubuna qarşı keçirəcəyi xeyriyyə oyunundan öncə fikirlərini bildirib.

Oxu.Az xəbər verir ki, o, sabah baş tutacam matçdan öncə təşkil edilən brifinqdə jurnalistlərə açıqlamasında bunları deyib:

“Türkiyədə çox böyük faciə oldu. Azərbaycan xalqı, dövləti öz həmrəyliyini, möhtəşəm qardaşlıq iradəsini göstərdi, böyük yardımlarla ora getdi. Çox sevinirəm ki, “Qarabağ” və “Qalatasaray” əl-ələ verərək bu günlərdə Türkiyəyə dəstək üçün bir yerə gəldilər. Sabah çox gözəl bir gün, möhtəşəm ab-hava olacaq. Azarkeşlərin əlində 40 min bayraq dalğalanacaq: 20 min Azərbaycan, 20 min Türkiyə bayrağı olacaq. Düzdür, millidə olan oyunçularımız yoxdur, bəzi futbolçularımızı geri çağırmışıq. Sabah kimin qalib gəlməsi önəmli deyil. Əsas olan Türkiyənin lider klubu ilə Azərbaycan çempionu bir araya gələcək və möhtəşəm axşam olacaq”.

Klub rəhbəri xeyriyyə matçı üçün təklifi özlərinin etdiyini, qarşı tərəfin razılaşdığını söyləyib:

“Əslində hər iki tərəf maraqlı oldu. Biz təklif etdik, qarşı tərəf də müsbət cavablandırdı. Daha əvvəl “Beşiktaş”la da söhbətlərimiz olmuşdu, amma “Qalatasaray” konkret addım atdı. Belə oyunun olmasını çox istəyirdik. Qismət bu günə imiş”.

Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Qalatasaray” matçı saat 20:00-da start götürəcək.

Faiq Tahirov

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri