25 
Mar
2023
19:06
200
34
1721
Virtual karabakh

Ansi Aqolli: “Qarabağ” hər il daha yaxşı olur” - MÜSAHİBƏ + FOTO

25 Mar, 2023
19:06
1721

Ansi Aqolli: “Qarabağ” hər il daha yaxşı olur” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” sabah xeyriyyə oyununda Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşacaq.

Oxu.Az xəbər verir ki, matç öncəsi Ağdam klubunun sabiq futbolçusu Ansi Aqolli də Bakıya gəlib.

Uzun illər “Qarabağ”da oynamış albaniyalı ilə söhbətləşib, paytaxtımıza təşrif buyurma səbəbi, komandanın gələcək perspektivləri, sabahkı xeyriyyə oyunu ilə bağlı söhbətləşdik.

- Bakıya gəlmək səbəbiniz nədir?

- Xüsusi səbəb yoxdur. Azərbaycanda, Bakıda özümü evdəki kimi hiss edirəm. Əsas səbəb budur. Burada çoxlu dostlarım, keçmiş komanda yoldaşlarım, məşqçilərim var. “Qarabağ”da hər kəs mənə yaxındır.

- Sabah keçiriləcək “Qarabağ” - “Qalatasaray” matçı barədə nə düşünürsünüz?

- Oyunun məqsədi aydındır. Dostluq matçıdır. Hətta qardaşlıq oyunudur. Bu, əsas məsələdir. “Qalatasaray”ın “Qarabağ”la oyun üçün Bakıya gəlməsi çox gözəldir. Sabah çox yaxşı atmosfer olacaq. Türkiyədə zəlzələ böyük faciəyə səbəb oldu. Bu oyun da onun fəsadlarını aradan qaldırmaq üçün az da olsa kömək etməyə hesablanıb.

- “Qarabağ”ın avrokuboklardakı çıxışını yəqin ki, izləmisiniz. Necə dəyərləndirə bilərsiniz?

- Çox yaxşı mövsüm keçirdilər. Bəzi rekordlar qırdılar. “Qarabağ” hər il daha yaxşı olur. Bu dəfə də Konfrans Liqasında pley-off oynadılar. Bu, klub və Azərbaycan futbolu üçün çox yaxşıdır.

- “Qarabağ”ın gələcəyi barədə nə düşünürsünüz? Növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində oynaya bilərmi?

- İnşallah. Görəcəyik. Hər il komanda daha yaxşı oynayır, pillə-pillə yüksəlir. Komandanı Çempionlar Liqasında da görə bilərik. Ancaq hər şey “Qarabağ”ın özündən də asılı deyil. Rəqiblərin kimlər olacağı, komandanın həmin anda hansı formada olması da önəmli amillərdir. İndi Çempionlar Liqası barədə danışmaq üçün çox tezdir. Amma bu, komanda üçün bir məqsəd ola bilər. Hər kəs “Qarabağ”ı qrup mərhələsində görmək istəyir.

- Həmyerliniz Redon Cicanın “Qarabağ”dakı çıxışını yəqin ki, izləyirsiniz. Onun komandada gələcəyini necə görürsünüz?

- Cica gənc oyunçudr. O, yaxşı istedada malikdir. Düşünürəm ki, Redonun “Qarabağ”da parlaq gələcəyi var. O, çox işləməlidir. Heç kim heç nə qarşılığında sizə bir şey vermir. “Qarabağ”a gəlmək onun üçün böyük addımdır. Amma hər şey bununla bitmir. Növbəti addımları atmaq lazımdır. Komandaya kömək etmək, məqsədlərə çatmaq üçün yardımçı olmaq lazımdır. Yaxşı xarakteri var. Əsl komanda oyunçusudur. Düşünürəm ki, Redon Cica düzgün yerdədir.

Faiq Tahirov 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri